Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
14:25
1730
İranın xarici işlər naziri Xəzəri dostluq dənizi adlandırdı

İran və Rusiya arasında müntəzəm əməkdaşlıq əlaqələri mövcuddur. Bunu Moskvada jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Cavad Zərif qeyd edib ki, nüvə məsələsi başda olmaqla, Suriya və digər regional məsələlərdə İran və Rusiya arasında münatəzəm əməkdaşlıq əlaqələri mövcuddur.

Daha sonra nazir Xəzər hövzəsi ölkələrinin xarici işlər nazirlərinin yığıncağından danışıb. O, yığıncaqda Xəzər hövzəsi xalqlarının vəziyyətinin yaxşılaşdırılması və Xəzər dənizindən ədalətli, bərabər formda yararlanmaq üçün münasib qəraraların qəbul ediləcəyinə ümid etdiklərini deyib.

Xəzər dənizin sülh və dostluq dənizi olduğunu ifadə edən Zərif İran və Rusiya arasında Mərkəzi Şərq və Suriya məsələsində əməkdaşlıq əlaqələrinin mövcudluğunu dilə gətirib./anspress

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru