Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
14:22
705
Azərbaycanda icra nümayəndəliyi soyuldu

Xızı rayonu icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib. Aprelin 18-nə keçən gecə rayonun Sitalçay İcra Nümayəndəliyinin inzibati binasından pəncərədən girmək yolu ilə televizor oğurlanıb.

Polis baş vermiş cinayətin üstünü açıb. Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyənləşib. Məlum olub ki, cinayət Sitalçay kənd sakini Gülağa İmanbaxışov tərəfindən törədilib.

Əməliyyta zamanı Gülağa İmanbaxışov tutulub. Araşdırmalar zamanı Gülağa İmanbaxışovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru