Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
12:41
1334
ABŞ ilk dəfə o görüntüləri yaydı

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-ın Konqres Kitabxanası (Library of Congress) Corc Qrenthem Bain adlı fotoqrafın arxivində olan 39 min 744 fotoşəkili ilk dəfə internetə yerləşdirib. 1860-1930-cu illərdə çəkilmiş və müxtəlif agentliklərdən toplanmış şəkillər həm də Çanaqqala döyüşünü özündə əks etdirir. Şəkillərdə türk ordusunun zirehli maşın və əsgərlərinin yer alması isə dünya mediasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Çanaqqala döyüşü - Birinci Dünya Müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə İttifaq Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında edilən dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkinlər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru