Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Aprel

2014
12:09
1274
ABŞ Xəzər dənizinə daxil ola bilməyəcək

FaktXəbər-in "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı işinə başlayacaq. Görüş zamanı nazirlər Xəzər dənizinin müstəqilliyi haqqında konvensiya layihəsi üçün hazırlanmış hesabatı dinləyəcəklər.

Rəsmilər həmçinin dənizə kənar ölkənin daxil olma məsələsini də müzakirə edəcəklər. Rusiya mətbuatının yazdığına əsasən, görüşdən öncə Kreml ölkələri ABŞ daxil olmaqla, istənilən dövlətin donanmasının Xəzərə buraxılmaması ilə bağlı razı salıb.

Moskvada təşkil olunacaq konfransda Sergey Lavrov, Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif, Yerlan İdrisov və Rəşid Meredov iştirak edəcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru