Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
12:02
2225
Rauf Mirqədirovla iş birliyində adı hallanan erməni danışdı

Baş Prokurorluğun 2008-ci ildən Ermənistana casusluqda ittiham etdiyi Azərbaycanın əməkdar jurnalisti, “Ayna-Zerkalo” qəzetinin siyasi icmalıçısı Rauf Mirqədirovun cinayət işində adı keçən Laura Baqdasaryan məsələyə münasibət bildirib.

Modern.az saytının xəbərinə görə, adı Rauf Mirqədirovla iş birliyində hallanan Ermənistanın “Region” Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryan ittihamları qəbul etməyib. Onun sözlərinə görə, R.Mirqədirov azərbaycanlı həmkarı, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusla birgə “İctimai dialoq” layihəsinin onlayn versiyası olan “publicdialogues”un müəlliflərindən olub.

“Rauf Mirqədirov bizim tədbirlərdə canlı deyil, internet konfrans vasitəsilə iştirak edib. Bununla bağlı mənim bir sıra suallarım yaranıb”-deyə Baqdasaryan yazıb.

Gürsütanın paytaxtı Tbilisdə doğulan L. Baqdsaryan Moskva Dövlət Unveriteinin jurnalistika fakültəsini bitirib. O, Yerevanda yaşayır, “Region” Araşdırmalar İnstitununu direktorudur. Qafqazda “xalq diplomatiyası” layihələrinin icrasında iştriak edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru