Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2014
15:37
2152
“Biz heç kimdən 500 min manat tələb etmirik”
Fazil Talıblı: “Vaxtlarını bu cür yalan informasiyalara sərf etməkdənsə, yaxşı olardı ki, müəssisələrinin imkanlarını genişləndirsinlər”

Bu gün “Halal” sertifikatını əldə etmək üçün yarım milyon manat tələb olunur?” başlıqlı xəbər vermişdik. Məlumatda qeyd edilirdi ki, halal sertifikatının verilməsi üçün qeyri-rəsmi yarım milyon manat tələb olunur. 500 min manat ödənmədiyi halda isə “halal” sertifikatı verilmir.

  

Yayılan şayiələrə aydınlıq gətirmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verə komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, yayımlanan məlumatlar absurd və əsası olmayan şayiələrdir. 

Sertifikat üçün xidmət haqqından və məhsulun laborator analiz məbləğindən artıq hər hansı bir pul ödənişindən söhbət getmədiyini söyləyən F. Talıblı, “mümkündür ki, səsləndirilən fantastik və uydurma məbləğ Halal Qida Sertifikatı ala bilməyən şirkətlərin uydurmasıdır. Əslində həmin şirkətlərin səsləndirdiyi fikirlər bizim üçün maraqlı deyil”, - deyə bildirdi: 

”Şirkətlər əgər halal qida istehsal etmək istəyirlərsə bunun üçün mütləq şəkildə komitədən sertifikat almalıdırlar. Vaxtlarını bu cür yalan informasiyalara sərf etməkdənsə, yaxşı olardı ki, müəssisələrinin imkanlarını genişləndirsinlər.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru