Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2014
14:53
2644
QAT ABŞ konqresmeninə məktub göndərib

Qarabağ Azadlıq Təşkilatı ABŞ-ın ermənipərəst konqresmeni Ed Roysun Bakıya səfəri ilə bağlı ona məktub göndərib. Məktubu sizlərə təqdim edirik:

"Siz Azərbaycanda ermənipərəst konqresmen kimi tanınırsınız. Lakin biz Sizin açıq antiazərbaycan  mövqeyinizi müşahidə etməmişik. Siz Adam Şiff, Frenk Pallone, Co Hollenberq, Mark Kirk, Corc Radonoviç, Nensi Pelosi kimi vicdanını itirmiş və erməni puluna satılmış adamlardan deyilsiniz. Ona görə də Sizi etiraz aksiyası ilə qarşılamadıq, məktubla müraciət etmək qərarına gəldik. Bizim müşahidələrimizə görə, Siz həqiqət axtaran insanlardansınız. Həqiqət isə göz önündədir: Ermənistanın deyil, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır; ermənilər deyil, azərbaycanlılar öz yurdlarından qovulub, 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb; Rusiyanın hərbi bazası Azərbaycanda deyil, Ermənistandadır və Rusiya bu baza vasitəsi ilə bütün regionu təhdid altında saxlayır. Ukrayna hadisələri Sizi həqiqətə bir az da yaxınlaşdırmalı idi. Rusiya ermənilərdən istifadə edərək Qarabağı işğal edib, Krımdakı ruslardan istifadə edib oranı tutdu, Gürcüstanın, Moldovanın başına gətirilənləri də bilirsiniz. Rusiyanın nə vaxtsa ABŞ-ın Haylend şəhərindəki ermənilər üçün də avtonomiya istəyəcəyi perspektivi Sizə ona qədər də fantastik görünməsin. Ermənilər həmişə alət olublar, həm də eybəcərlikləri ilə seçiliblər. Ermənilər haqda təsəvvürünüzün tam olması üçün diqqətinizi bir məsələyə də cəlb edirik. Bu, erməni əsirliyindən qayıtmış azərbaycanlı qadınların dedikləri ilə bağlıdır. Onlardan yalnız bir neçəsini nəzərənizə çatdırırıq.

Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar. Lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.

20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdılar, saçlarımızdan tutub sürüyürdülər.

Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar.

Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladılar, sonra isə itlə əlaqəyə girməyə məcbur etdilər.

Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir.

Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.

Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qizlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.

Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qiz yabanı qarnına soxaraq özünü öldürdü.

200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başalrını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.

Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar...

Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar.

“Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm!” bunları deyən qızın yaraşıqlı sifətində cırmaq, zərbə yerləri aydın görünürdü. Ən dəhşətlisi gözlərindəki ifadə idi, adam bu baxışlara dözə bilmirdi...

İnanırıq ki, yazdıqlarımızı səmimi qəbul edəcək və gələcək fəaliyyətinizdə nəzərə alacaqsınız."

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru