Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2014
14:31
805
Azərbaycanda sərin hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu keçəcəyi, hərdən tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 22-də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru