Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Aprel

2014
14:10
879
`Azərsu`dan çökən yolla bağlı açıqlama

“Azərsu” Nobel prospektində yolun çökməsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir:

“"Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır, indiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”.

Qeyd edək ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yolun çəkməsini kanalizasiyadakı nasazlıqla əlaqələndirmişdi:

"Yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, bununla da asfalt-beton örtüyü çöküb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 15:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru