Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2014
12:46
2181
Kəlbəcərdə 200 abidə erməniləşdirilib

Dağlıq Qarabağdakı qondarma rejim artıq 4 ildir ki, işğal altındakı Kəlbəcər rayonu ərazisində maddi-mədəni abidələrin aşkarlanması və sənədləşdirilməsi - daha dorusu erməniləşdirilməsi ilə bağlı proqram həyata keçirir.  Qondarma rejimin “turizm və tarixi abidələrin qorunması üzrə idarəsi”nin rəhbəri Sergey Şahverdyan yerli jurnalistlərə açıqlamasında deyib ki, bu illər ərzində Kəlbəcər ərazisində 200-dən artıq tarixi abidə aşkarlanıb.

Bu abidələr tunc dövründən tutmuş orta əsrlərə kimi olan müxtəlif dövrləri əhatə edir. Onların arasında kilsələr, qəbir daşları, qalalar və yaşayış məskənləri üstünlük təşkil edir. Şahverdyanın sözlərinə görə, artıq sənədləşdirilmiş abidələr yerli hökumət tərəfindən qorunur.

Ümumilikdə isə onun məlumatına görə, Dağlıq Qarabağ ərazisində 4 mindən artıq tarixi abidə qeydiyyata alınıb.

Qarabağ erməniləri isə iddia edirlər ki, aşkar olunmuş abidələr bu torpaqlarda tarixən erməni yaşayış məskənlərinin mövcud olduğunu sübut edir.Modern.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru