Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2014
18:13
2474
`Nida`çı gənclərdən mesaj: `Burdan ya cəsədimiz çıxacaq, ya da....`

Aprelin 17-də məhkəmənin üst-üstə 64 illik həbs cəzası tələb etdiyi "Nida"çı gənclərdən xəbər var. Musavat.com-a verilən məlumata görə, prokurorun barələrində ağır cəza tələbi səsləndirdiyi gündən etibarən aclıq aksiyasına başladıqlarını elan edən və artıq aksiyaya başlayan gənclər dirənməkdə israrlıdırlar. Həmin gənclərdən biri - Rəşadət Axundov dostlarına belə bir mesaj göndərib:
"Əziz dostlar, biz dünəndən (17 apreldən) etibarən aclıq aksiyasına başlamışıq. Qərarımız qətidir. Sizlərdən və valideynlərdən xahişimiz odur ki, aclığı dayandırmaq barədə bir istəyiniz olmasın. Hər bir halda imtina edəcəyik. Bu, bizim və sizin azadlığıniz uğrunda apardığımız vicdan və ləyaqət davasının növbəti mərhələsidir. Bəlkə də bizim üçün son mərhələdir. Çünki burdan ya cəsədimiz çıxacaq, ya azad etməlidirlər. Başqa yol yoxdur. Şərtimiz yalnız budur! Sizi sevir və bağrımıza basırıq".

Qeyd edək ki, gənclər "Molotov kokteyli" hazırlamaq yolu ilə dövlət çevrilişi cəhdində təqsirləndiriilirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru