Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

19 Aprel

2014
18:11
1063
`LinkedIn` şəbəkəsinin auditoriyası 300 milyonu ötüb

“LinkedIn” işgüzar insanlar üçün nəzərdə tutulmuş sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 300 milyon nəfərə çatıb. Bir neçə ay əvvəl - şirkət dördüncü rübün yekunlarını açıqlayanda onların sayı 277 milyon olub. Ümumilikdə son on beş ayda saytda 100 milyon və ya ayda təxminən 6,7 milyon nəfər qeydiyyatdan keçib.
 
Bununla yanaşı, “LinkedIn” auditoriyasının əksər hissəsini beynəlxalq istifadəçilər təşkil edir. Saytın istifadəçi bazasının yalnız üçdə bir hissəsi (100 milyon) ABŞ-ın payına düşür ki, onlar da iş axtaranlar, insan resursları mütəxəssisləri və müxtəlif sahələrin digər peşəkarlarından ibarətdir.
 
“LinkedIn”ın baş vitse-prezidenti DipNişarın sözlərinə görə, sosial şəbəkənin internet trafikinin yarıdan çoxunusmartfonlar təşkil edir. “İştirakçılarımız Kosta-Rika, Malayziya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya daxil olmaqla onlarla yerdə yaşayır və onlar fərdi kompüterlərdən daha çox mobil qurğulardan istifadə edirlər”, - o vurğulayıb. Vitse-prezident onu da əlavə edib ki, hər gün smartfon və planşetlərdən 15 milyon profil və 1,45 milyon vakansiyaya baxılır, 200-dən çox ölkədə 44 min iş elanı dərc edilir.
 
“LinkedIn”ıninfoqrafikasına əsasən, sayt istifadəçilərinin təxminən 56 faizi kişilər, 44 faizi qadınlardır. Saytda aktivliyinə görə ABŞ-dan sonra ikinci yeri Hindistan tutur. Üçüncü yerdə Braziliya (5 il əvvəl bu ölkə ümumiyyətlə ilk beşlikdə yer almayıb), dördüncüdə Böyük Britaniya, beşincidə Kanada qərarlaşıb.
 
Ötən ay “LinkedIn” rəhbəri CeffVeyner2014-cü il üçünABŞ-ın nəhəng şirkətləri arasında ən yaxşı baş direktor seçilib. Reytinq “Glassdoor” şirkəti tərəfindən əməkdaşlar arasında aparılan sorğunun nəticələrinə əsasən tərtib olunub, - “Vestiwww.vesti.ru” yazır./ictnews

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru