Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2014
13:32
2715
Atası Ceyhun Osmanlının həbs xəbərindən danışdı

Bu gün millət vəkili Ceyhun Osmanlının həbs edilməsi ilə bağlı xəbər yayılmışdı. AzNews.a-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün millət vəkilinin atası, Göyçay rayon icra başçısının müavini Yunus Osmanovla əlaqə saxladı. O, açıqlamasında bildirdi ki, C. Osmanlı hazırda yanındadır və həbs olunması ilə bağlı xəbər həqiqətə uyğun deyil: “O hər həftənin şənbə-bazar günləri rayonda bizimlə dincəlir. Bu xəbəri hansı məqsədlə və nə üçün yaydıqları da məlumdur. Bu cür yalan məlumatlar yaymaqla bəzi media orqanları jurnalist adına ləkə gətirir və onlar məlumatı dəqiqləşdirməmiş ağzına gələni yazırlar. Şər qüvvələr, qarargururçular hər zaman olub və onların heç zaman millətə xeyiri dəymir. Yaxşı ki bizim dövlətini sevən cavanlarımız var. Allah ölkə başçısının da canını sağ etsin və yavaş-yavaş hamını öz yerinə otuzdurur”.

Qeyd edək ki, millət vəkili Ceyhun Osmanlının həbs edilməsi ilə bağlı xəbər millixəbər.com saytında getmişdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru