Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2014
13:00
2453
Tanınmış iqtisadçı-ekspert sosial pensiya fondunun saxtakarlığını ifşa etdi
18-29 yaşlı ən məhsuldar əhali qrupunda gəlirlərin hər 100 manatından 18,3 manatı pensiyaların hesabına təmin olunur

Tanınmış iqtisadçı-ekspert Qubad İbadoğlu dövlətin sosial pensiya fondunun saxtakarlığını rəsmi rəqəmlərlə ifşa edib. Qubad bəy bu barədə özünün facebook səhifəsində məlumat paylaşıb. Statusu olduğu kimi sizlərə təqdim edirik.       

Dövlət Statistika Komitəsinin məlumatına görə, 18-29 yaşlı başçıya malik olan ev təsərrüfatlarının çoxu 2 mənbədən - məşğulluqdan (32,1 faiz) və pensiyadan (18,3 faiz) - formalaşır. Bu yaş qrupunda pensiyaların cəmi gəlirlərin formalaşmasında ikinci əhəmiyyətli rolu sosial pensiya sistemində mövcud olmuş saxtakarlığın nəticəsi hesab oluna bilər. Əks təqdirdə 18-29 yaşlı ən məhsuldar əhali qrupunda gəlirlərin hər 100 manatından 18,3 manatı pensiyaların hesabına təmin olunmazdı. Belə olan halda da əsasən dövlət büdcəsindən maliyyələşdirilən dövlət sosial müdafiə fondunun vəsaitlərinin təyinatının düzgünlüyünə və eyni zamanda xərcləmələrin səmərəliliyinə, eləcə də pensiyaçı gənclərin döyüş qabiliyyətinə böyük şübhələr yaranır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru