Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2014
15:31
2551
Azərbaycanda müharibə əlillərinin mənzillə təminatı qaydası müəyyənləşib

"Nazirlər Kabinetinin son toplantısında Azərbaycan prezidenti qəti tapşırıqlar verdi. Bu tapşırıqların əsas hissəsi Azərbaycanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin qorunması uğrunda mübarizədə əlil olmuş şəxslərin və şəhid ailələrinin, həm Böyük Vətən müharibəsi əlillərinin, həm də onlara bərabər tutulan şəxslərin avtomobil və mənzillə təminatı məsələləri ilə bağlı idi. Hazırda avtomobillə təminat prosesi sürətlə aparılır. Son 3 həftə ərzində 200 avtomobil paylamışıq, növbəti 100 avtomobil gələn həftənin üçüncü günü veriləcək".

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.

S.Müslümov bildirib ki, may ayının sonuna qədər Azərbaycanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin qorunması uğrunda mübarizədə əlil olmuş və növbədə durmuş şəxslərin avtomobillə təminatı başa çatdırılacaq: "Bundan sonra Böyük Vətən müharibəsi əlillərinin, həm də onlara bərabər tutulan müharibə əlillərinin avtomobil nəqliyyatı vasitəsi ilə təmin edilməsi işini davam etdirəcəyik. İlin sonuna qədər prezidentin tapşırığına əsasən bu proses yekunlaşacaq".

Mənzil təminat məsələsinə gəlincə, S.Müslümov nazirliyin bu prosesi ciddi şəkildə öyrəndiyini qeyd edib: "Sonda Azərbaycan prezidentinin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin qorunması uğrunda mübarizə əlil olmuş şəxslərin mənzillə təminatı qaydası müəyyənləşib. Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərlərində yaşayan və mənzil növbəsində durmuş bu kateqoriyadan olan insanlara bu şəhərlərdə mövcud, tikilmiş mənzil fondlarından hazır mənzillər alınaraq veriləcək. Hər bir ailəyə təqribən 70-80 kv. m mənzillər nəzərdə tutulur. Yerdə qalan digər rayonlar üzrə isə həmin insanlar üçün fərdi evlərin tikintisi həyata keçiriləcək. Bu halda bu gün bizim qarşımızda duran problemlərdən biri də həll olunur. Artıq əlillərin bir binanın içərisinə yığılması problemləri ortadan qalxacaq, əlillər cəmiyyətə inteqrasiya olunacaq, cəmiyyətin bir parçası kimi yaşamağa davam edəcəklər".

S.Müslümov artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə hesablamaları yekunlaşdırdıqlarını açıqlayıb: "Yəqin ki, bu gün və ya sabah Maliyyə Nazirliyində biz bu məsələləri bir daha müzakirə edəcəyik. Çünki tələb olunan maliyyə vəsaitləri dəqiqləşdirilməlidir. Daha sonra sonuncu variantı dövlət başçısına təqdim edəcəyik. Düşünürəm ki, növbəti həftənin əvvəlində bu proses yekunlaşacaq".

Şərhlər
XEZER tərəfindən 18-04-2014 19:06:39 tarixində yazıldı
MIRZEYEV
MENIM 4 AYDIR MURACIET EDIB HER HEFDEDE ARDINCA GEDIB GELDIYIM PROBLEMI HELL ETMIRLER AMMA BUNUDA YAZINDAA 1 CI QURUP QARABAG ELILIYEM HER IKI ELIM YOXDUR MASIN NOVBEMI BERPA EDMIRLER TEL 0708015119
Mahmudova Sabira Qarabagin Heceri tərəfindən 22-04-2014 07:25:05 tarixində yazıldı
əlillərə ev
Bu təminatlar veteranlara da şamil edilməli...
Sanan Qaibov tərəfindən 22-04-2014 07:26:27 tarixində yazıldı
menzil novbesi
menzil novbesine choxdan durmusham.hele ki bir xeber yoxdur.avtomobil novbesine durmaq uchun bir neche cehd etdim.ele mezeli arayishlar isteyirler ki...meselen-hem xestelik haqqinda,hem de saglamliq haqqinda arayish isteyirler.hemin arayishlarin birini mudafie nazirliyi,digerini herbi komisarliq tesdiq etmelidirler.guya adlari chekilenler notariusdurlar
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru