Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2014
14:19
908
Hesablama Palatası hesabat verir

"2013-cü ildə Hesablama Palatası xeyli miqdarda vəsaitin dövlət büdcəsində və müvafiq qurumlara qaytarılmasına nail olub".

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə etdiyi məruzədə bildirib.

V.Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası ötən il 75 audit yoxlaması həyata keçirib. Bu zaman aşkarlanan pozuntuların əksəriyyəti büdcə qanunvericiliyinin pozulması, mühasibat uçotunun yanlış aparılması ilə əlaqədar olub:

“Büdcədən vəsaitlər smetada göstərilməyən xərclərə yönəldilib, satınalma aparılmayıb, bəzi hallarda isə satınalmanın nəticələri nəzərə alınmayıb. Tikintilər zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, lisenziya olmadan fəaliyyətlə bağlı nöqsanlar aşkarlanıb.

Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat, 38 min avroluq vəsaiti dövlət büdcəsinə ödətdirilməsinə nail olub. Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib. Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb. 1,7 milyon manatlıq əlavə iş və xidmət müəyyənləşdirilib. 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib. Uçotdan kənarda qalan 49,5 milyon manatlıq vəsait uçota alınıb.

"Hesabat dövründə Hesablama Palatası 132 təqdimat hazırlayıb ki, bunların 25 faizi nazirliklər, dövlət komitələrinə göndərilib. Görülən işlərlə əlaqədar 254 nəfər məsul şəxs intizam tənbehinə məruz qalıb”.

V. Gülməmmədov bildirib ki, ümumilikdə büdcəyə qaytarılan, bərpa edilən vəsaitlərin miqdarı Hesablama Palatasının saxlanmasına sərf edilən vəsaitlərdən qat-qat çoxdur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru