Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2014
11:17
1956
Azərbaycan əslində Rusiya imperiyası ilə müharibə vəziyyətindədir
Daşdəmir Əliyev: “Ermənistan ərazisində yerləşdirilən 102 nömrəli hərbi bazanın fəaliyyəti Azərbaycana qarşı yönəlib”

“Cəbhə xəttində mütəmadi şəkildə hərbi təlimlərin keçirilməsi hər il baş verir. Lakin bunun Krım hadisələrinin yaşandığı bir ərəfədə Ermənistan tərəfindən keçirilməsi ictimaiyyət tərəfindən haqlı olaraq etirazla qarşılanır. Digər tərəfdən Rusiyanın əlində Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər hansı bir bəhanə və əsas yoxdur. Buna görə də artıq Ermənistanın Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gətirilib.”

Bu sözləri FaktXeber.com-a Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin sədri, polkovnik-leytenant Daşdəmir Əliyev son günlər cəbhə xəttində hər iki tərəfin hərbi təlimlər keçirməsi və vəziyyətin gərginləşməsinə münasibət bildirərkən qeyd edib. Müsahibin sözlərinə görə, ermənilərin hamısı Rusiyaya birləşmə istəyi ilə razı deyillər. Belə bir addım Ermənistanın müstəqilliyinin itirilməsi deməkdir: “Digər tərəfdən Ermənistan ərazisində yerləşdirilən 102 nömrəli hərbi bazanın fəaliyyəti Azərbaycana qarşı yönəlib. Bu o deməkdir ki, Rusiya özünün hegemonluğunu inkişaf etdirmək üçün Qafqazda hegemonluğa əl atıb. Ümumiyyətlə Rusiya Cənubi Qafqazı əldə saxlamaq üçün Ermənistandan istənilən formada istifadə etməyə çalışır.” 

Daşdəmir bəy onu da bildirdi ki, Azərbaycan əslində Ermənistanla yox, Rusiya imperiyası ilə müharibə vəziyyətindədir: “Krım hadisələri də onu göstərdi ki, Rusiya silahdan olan əzələlərini oynatmaq istəyir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru