Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Aprel

2014
10:56
2483
Martda rekord sayda avtomobil idxal edilib

Mart köhnə maşınları rahat şəkildə idxal edən avtomobil şirkətləri üçün axırıncı müddət idi. Martda 9349 avtomobil idxal edilib. Yanvarda idxal edilən avtomobillərin sayı 6477, fevralda 6685 təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarından 22 511 avtomobil gətirilib, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 1132 vahid, yaxud 5,1% çoxdur.

Birinci rübdə 20,3 min minik avtomobili idxal edilib. Bu da 2013-cü ilin eyni dövründəki idxaldan 4,4% çoxdur.  

Martda yük avtomobillərinin idxalı kəskin artıb. Əgər iki ay ərzzində 894 yük avtomobili idxal edilmişdisə, martda bu göstərici 1058 vahid təşkil edib. 2013-cü ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı 32,3% artıb.

Üç ay ərzində ölkəyə 120 avtobus və mikroavtobus (- 125 vahid) və 134 xüsusi texnika (- 79 vahid) gətirilib.

Aprelin 1-dən Azərbaycanda avtonəqliyyat vasitələri üçün Avro-4 ekoloji standart qüvvəyə minib. Mütəxəssislər hesab edir ki, bu avtomobil idxalının həcmini azaldacaq.

2014-cü ilin yanvarın 1-ə Azərbaycanda 1 232,6  min avtomobil vasitəsi qeydiyyata alınıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru