Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Aprel

2014
10:08
4007
Dünya əhəmiyyətli tarixi abidələr məhv olmaq üzrədir

Xaçmaz rayonu ərazisində yerləşən və e.ə IV minilliyə aid Sərkərtəpə yaşayış məntəqəsində axırıncı dəfə arxeloji qazıntı işləri 10 il öncə aparılıb. Ötən müddət ərzində dünya əhəmiyyətli abidənin yerləşdiyi ərazi qorunmadığından aşınaraq dağılıb və tarixi nümunələr məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Abidənin yerləşdiyi Sərkərli kəndinin sakinləri bildirir ki, aparılan qazıntılar zamanı torpaqdan müxtəlif məişət nümunələri və insan skeletləri aşkarlanıb.

Rayonun Həsənqala kəndində yerləşən və e.ə III-IV minilliklərə aid tarixi abidələrdə də eyni vəziyyət höküm sürür. Kəndin tarix müəllimi Ağaverdi Qədirov bildirir ki, əraziyə arxeoloqların sonuncu gəlişi 1980-ci illərə təsadüf edir. Qazıntılar zamanı ərazidən quldarlıq dövrünə aid tarixi nümunələr tapılıb.

Xaçmazdakı tarixi abidələrdə arxeoloji qazıntıların aparılması üçün AMEA-nın Arxeologiya və Entoqrafiya İnstitutuna dəfələrlə müraciət edilib. Bununla bağlı müsbət cavab alınsa da, işlərin başlayacağı vaxt bəlli deyil. Xaçmaz tarix-diyarşunaslıq muzeyinin direktoru Aqil Əlisultanov bildirir ki, hazırda qazıntıların aparılmaması əlverişsiz hava şəraiti ilə bağlıdır. Onun sözlərinə görə tarixi abidələrin qorunması üçün tədbirlər görülür.

Qeyd edək ki, Xaçmaz rayonunda ümumilikdə 72 tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır. Onlardan ikisi- Sərkərtəpə və Canaxırtəpə dünya, digərləri isə ölkə əhəmiyyətlidir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru