Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2014
22:42
4146
Etibar Pirverdiyev kütləvi ixtisarlara başladı

İşçilərin ixtisara düşməsi bu dəfə “Azərienerji” Açıq Səhmdar Cəmiyyətində özünü göstərməyə başladı.

Modern.az saytının əldə etdiyi məlumata görə, ASC sədri Etibar Pirverdiyevin göstərişi ilə qurumun bütün rayon şöbələrində ixtisralara start verilib. Bu məsələ hətta  kənd rayonlarında da müşahidə olunur.

Belə ki, “Azərienerji”nin bir sıra rayon şöbələrinin əməkdaşları heç bir əsas göstərilmədən işdən azad olunurlar.

Artıq Bakı və Sumqayıt şəhərləriində də ixtisarlar başlayıb. Məsələ bu şəkildə davam etsə, xeyli insan işsiz qalacaq.

İxtisarların hansı səbəbdən aparıldığını öyrənmək üçün heç olmasa “Azərienerji” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bir həftədir telefon zənglərinə cavab ala bilmədik.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 10:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com