Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Aprel

2014
12:48
2214
Azərbaycanda 100 min əlil ictimai nəqliyyata həsrətdir
Aydın Xəlilov: “Hazırda fəaliyyət göstərən avtobuslarda əlillər üçün heç bir şərait yoxdur”

”1997-ci ilə qədər əlilliyi olan insanlara müəyyən güzəştlər edilirdi. Lakin həmin ildən sonra bu güzəştlər aradan qaldırıldı və əlillər də ictimai nəqliyyata və digər xidmətlərə hamı kimi pul ödəyirlər.” 

Bu sözləri FaktXeber.com-a Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov dövlət tərəfindən əlillər üçün yaradılan şəraitlə bağlı açıqlama verərkən qeyd edib. 

Əlil arabasında olan insanların qətiyyən ictimai nəqliyyatdan istifadə edə bilmədiyini söyləyən Aydın bəy, “ona görə ki, mövcud ictimai nəqliyyat onlar üçün heç cürə uyğun deyil. Amma dövlət söz verib ki, yaxın zamanlarda bu problem öz həllini tapacaqdır. Lakin hazırda fəaliyyət göstərən avtobuslarda əlillər üçün heç bir şərait yoxdur”,  -deyə bildirdi: “Şəraitsizliyin nəticəsidir ki, ölkədəki 100 mindən çox əlil araba istifadəçisi çıxılmaz vəziyyətdə qalıb. Nəticədə taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Bunun üçün də yalnız London taksiləri standartlara cavab verir.”

Müsahib onu da bildirdi ki, əlillərə verilən müavinətlər aylıq xərclərinə adekvat deyil: “Artıq aprel ayının 1-dən etibarən iş stajı olan əlillər minimum əmək haqqından 2 manat çox müavinət alacaqlar. Bu isə 127 manat eləyəcək. Lakin yerdə qalanlar isə 67 manat almaqda davam edəcək.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru