Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Aprel

2014
11:17
1879
Məleykə Abbaszadə məcburi köçkünlərlə görüşəcək

TQDK-nın sədri Məleykə Abbaszadə Şəmkir şəhərində vətəndaşları qəbul edəcək. FaktXəbər-in verdiyi məlumata görə, Qəbulda Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul aprelin 22-də, saat 12:00-da Şəmkir şəhəri Zəka Gənclər Mərkəzində (H.Əliyev pr.Bayraq Meydanı) keçiriləcək.

Gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa Təhsil Şöbələrində 14 aprel –21 aprel 2014-cü il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata düşə bilərlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru