Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Aprel

2014
14:49
1143
Donetsk silahlıları Ali Şuranın binasını ələ keçirdi

FaktXəbər-in "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın Donetsk vilayətində Ali Şuranın binası Rusiya meyilli vətəndaşlar tərəfindən ələ keçirilib. Bu gün heç bir müdaxilə olmadan silahlı şəxslər administrativ binaya daxil olublar.

"62.ua" saytının məlumatına görə, vilayət rəhbərliyinin binasına əvvəlcə silahlı yeddi nəfər, ardınca daha bir neçə döyüşçü daxil olub. Administrativ binaya daxil olanlar əməkdaşların oradan çıxmasını istəməyiblər. Donestk Ali Şurasının binasında vilayət rəhbəri Aleksandr Lukyançenko, baş katib Sergey Boqaçev və digərləri də var.

Bu arada Donestk vilayətinə ağır texnika ilə daxil olan ordu qüvvələrini yerli sakinlər qarşılayıblar. Onlar "Maydan" rəhbərlərinə tabe olmayacaqlarını və Donestk Respublikasının qurulmasına qədər mübarizə aparacaqlarını söyləyiblər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru