Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2014
22:05
5055
ANS-in MTRŞ-yə qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda hakim iddia ərizəsinin məzmununu elan edib. Növbəti məhkəmə prosesi isə mayın 22-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

İclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən «Adam içində» verilişində «Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin,  “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib. 

Həmin qərardan narazı qalan ANS Media Şirkəti isə məhkəməyə qərarın ləğvi barədə iddia ilə müraciət edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com