Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Aprel

2014
22:25
1102
BMT-dən İslam dünyasına veto hüququ tələbi

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Ukrayna hadisələrinə bir daha diqqət yetirən İdarə Heyəti son günlər bu ölkədə cərəyan edən hadisələrin Yaxın Şərq ssenarisi üzrə inkişaf etməsindən narahatlığını ifadə edib. İdarə Heyəti Ukraynada vətəndaş müharibəsinin başlayacağı təqdirdə bu hadisələrin keçmiş SSRİ respublakılarına, o cümlədən Rusiyanın ərazisinə yayılması və bu hadisələrin Yaxın Şərqdə baş verən hadisələrin nəticələrindən də ağır nəticələrə səbəb olacağı riskinin böyük olduğunu nəzərə alaraq beynəlxalq ictimaiyyəti Ukraynanın öz ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində hər cür - siyasi, iqtisai və hərbi dəstək verməyə çağırıb.

Partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun FaktXəbər-ə bildirdiyiniə görə, İdarə Heyəti Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsinin vacibliyini bir daha qeyd edərək, Rusiyanın əvəzinə İslam dünyasını təmsil edən bir dövlətə bu hüququn verilməsini məqsədə müvafiq hesab edib. Müzakirələrdə qeyd edilib ki, bu gün dünyada əsas münaqişələr mədəniyyətlərarası müstəviyə keçdiyinə görə BMT-nin Təhlükəsizlik Şurasında xristian dünyasını ABŞ, Fransa, Rusiya və Böyük Britaniya, buddizm dünyasını Çin təmsil etdiyi halda, İslam dünyasını da təmsil edən bir dövlətin bu hüquqa malik olması təşkilat olaraq BMT-də, ümumilikdə isə dünyada ədalətin bərpası olardı. İdarə Heyəti bütün İslam dövlətlərini bu məqsəd uğrunda səylərini birləşdirməyə çağırıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru