Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Aprel

2014
22:06
2012
Sürücülərin işi `ASAN`laşdı - YOL POLİSİNƏ GETMƏK LAZIM OLMAYACAQ

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiq edib.  Dəyişikliyə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud digər nasazlıqlara görə, cərimənin məbləği 150 manatdan 50 manata endirilib.

Amma ən mühüm dəyişiklik yol hərəkətinə nəzarət edən qurğuların, yəni radarlar və kameraların “ASAN xidmət”in informasiya sisteminə birləşdirilməsidir. Yəni, DYP-nin əməkdaşları ASAN xidmətdə video, foto kameralara baxıb qayda pozuntusunu müəyyən edəcəklər və cərimə haqda bildirişi vətəndaşa mesajla göndərəcəklər.

Bundan başqa, dəyişikliklərə görə, kameraların və radarların köməyi ilə pozuntu aşkarlananda bu barədə protokol xətanı törətmiş şəxsin iştirakı olmadan “ASAN” xidmətdə tərtib olunacaq. Yəni, radar və kameralar vasitəsilə aşkar edilən pozuntulara görə, sürücülərin DYP-yə çağırılması, hətta yol polisinin avtomobili dayandıraraq belə xətalar haqqında protokol tərtib etməsini də qadağan edir. Söhbət məsələn, avtomobili yolun ortasında saxlamaq, qırmızı işıqda keçmək, yol nişanlarına əməl etməmək, sürət həddini aşmaq və hadisə yerindən yayınmaq kimi hallardan gedir.

Məcəlləyə ən mühüm dəyişikliklərdən biri cərimələrin gecikdirilməsi ilə bağlıdır. Əvvəla, indi cərimənin ödənilməsinə görə, əvvəlki kimi 3 ay yox, 2 ay vaxt veriləcək. Belə ki, indiyədək cərimələri 3 ay müddətinə ödəmək olardısa, indi 2 ay ərzində cərimə ödənilməsə, sürücülük vəsiqəsi alınacaq. Bu dövrədək isə dəbbə pulu əvvəlki qayda ilə  - hər gecikdirilən günə görə, 2% olmaqla hesablanacaq./Fins.az 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru