Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Aprel

2014
11:27
798
Siyavuş Novruzov: `Orduda intihar normal haldır`
"Əsgər evə zəng edir, bəzən isə pis xəbər eşidir"

Ordu cəmiyyətin tərkib hissəsidir. Mülkidə olduğu kimi orduda da intiharlar olur. Bu, normaldır. Əgər gündəlik həyatda insanlar özlərini dənizə atır, asır və ya digər intihar yollarına əl atırlarsa, o zaman əlində silah, ön xətdə olanlar və təlimlərdə iştirak edənlər haqqında nə demək olar.

FaktXəbər-in məlumatına görə, bu haqda haqqin.az-a YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Vəziyyətdən çıxış yolunu deputat əsgərlərlə ciddi psixoloji iş aparmaqda görür, səbəb isə mobil telefonlardır:

“İntiharların sayının azalması üçün hərbçilərə telefon istifadəsini qadağan etmək lazımdır, o cümlədən zabitlərə. Əsgər valideynlərinə zəng edir, bəzən pis xəbər eşidir, bəzən onları həddən artıq emosional qəbul edir, bu isə stress və depressiyaya gətirib çıxarır, sonda isə ya intihar, ya da əsgər yoldaşına zərər gətirməklə nəticələnir”.

Siyavuş Novruzov Azərbaycan ordusunda “dedovşina” özbaşınalığını tamamən təkzib etdi:

“Bizim ölkəmiz balacadır, bir başından o biri başına 5 saata gedib çatmaq olur. Demək olar ki, hamı bir-birini tanıyır. Əsgərlər adətən qonşu rayonlardan çağırılırlar. Öncədən tanış olan əsgərlər bir-birinə qarşı belə hərəkət edə bilməzlər. Amma hər yerdə olduğu kimi, güclünün zəifi özünə tabe etmək istəyinin orduda olması məsələsi artıq nizamnaməni pozmaqdır. Amma bizim orduda əvvəlki anlamda “dedovşina” yoxdur”.

Qeyd edək ki, cari ilin birinci rübü ərzində orduda itki 17 nəfərin vəfatından, 25 yaralıdan ibarət olub. Vəfat edən 17 nəfərin 5-i erməni gülləsindən dünyasını dəyişib. Qalan 12-i nəfər isə qeyri-döyüş şəraitində vəfat ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyi əsgərlər arasında ölümün səbəbinin əsasən silahdan istifadə qaydalarına riayət etməməklə izah edir. Amma ekspertlər hesab edirlər ki, orduda “dedovşina” anlayışı mövcuddur və bu əsgər və zabitlər arasında özünü göstərir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru