Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Aprel

2014
11:28
2425
Prezident Zakir Həsənova hirslənibmiş
Üzeyir Cəfərov: “Zakir Həsənov çox riskli və bəzən də anlaşılmayan kadr təyinatları həyata keçirir”

“Bir müddət Müdafiə Nazirliyi baş verənlər ilə bağlı məlumatları mətbuatdakı dostlarıma özüm bilərəkdən az bölüşürdüm ki, qoy hörmətli nazirimiz sakitcə öz kadr siyasətini həyata keçirsin. Amma, görürəm ki, Zakir Həsənovla Nəcməddin Sadıqov deyəsən orduda əməlli-başlı "eksperimentlər"aparmaqla məşğuldurlar.”

FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində həyata keçirilən kadr islahatları ilə bağlı açıqlama verərkən qeyd edib. 

Ekspertin sözlərinə görə, Zakir Həsənov  çox riskli və bəzən də anlaşılmayan kadr təyinatları həyata keçirir:

“Dünən dostlara müraciətimdə bildirmişdim ki Zakir Həsənov Prezident İlham Əliyevlə birgə İran İslam Respublikasında səfərdə olan nümayəndə heyətinin tərkibində Tehranda olmalı idi. Amma, Beyləqan Hərbi Birləşməsindəki son mina partlayışı, bir neçə hərbi qulluqçuların faciəli şəkildə həlak olması və ağır yaralananlarının olması ilə bağlı hadisə ölkə rəhbərliyinin dərin təəssüfünə və qəzəbinə tuş gəldiyinə görə müdafiə naziri Tehran səfərinə gedən nümayəndə heyətinin tərkibindən çıxarılıb. Ona əmr edilib ki, döyüş bölgəsi ilə məşğul olsun. Elə dünən Zakir Həsənov yenidən Beyləqan Hərbi Birləşməsinə gedərək orada geniş "razbor" aparıb. Birləşmə komandiri general Ayaz Həsənovu vəzifəsindən çıxartmaq istəyən nazirə bu imkan verilməyib. Ona general-polkovnik rütbəli şəxsdən edilən zəngdən sonra qərara alınıb ki, birləşmə komandiri deyil, onun birinci müavini - Qərargah rəisi vəzifəsindən çıxarılsın. Və bu yaxınlarda Zakir Həsənovun özü tərəfindən bu vəzifəyə təyin edilmiş polkovnik V. Ələsgərov tutduğu vəzifədən azad edilərək onun yerinə, nazir Zakir Həsənov tərəfindən ötən ilin oktyabrında Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmiş, Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılov təyinat alıb. Hesab edirəm ki, bu təyinat həm uğurludur, həm də Fəxrəddin Cəbrayılov üçün bir növ cəzadır. Bu il iyun ayında general rütbəsi almağa layiq olanlardan biri kimi o öz prinsipiallığının və Nəcməddin Sadıkovun, həmçinin MN sistemində artıq ad çıxartmış, ərköyün bir mayor rütbəli şəxsin qurbanına çevrildi. Çox heyif. Qısa bir müddətdə Fəxrəddin Cəbrayılovun rəhbərliyi altında orduda xeyli nöqsanlar aşkarlanmışdı və ona edilən yersiz xahişlərə, təzyiqlərə baxmayaraq o əsil zabit kimi öz işini görürdü.” 

Zakir Həsənov tərəfindən daha bir neçə səs-küylü kadr təyinatları həyata keçirildiyini söyləyən Üzeyir bəy,

“onlardan biri haqqında qısaca deyəcəyəm. Ölkə başçısının vaxtıykən Qusarda keçirilən antiterror əməliyyatda yol verdiyi kobud səhvlərə görə vəzifəsindən azad edilərək ehtiyata göndərdiyi polkovnik rütbəli bir zabiti general vəzifəsinə təyin edib. Özü də o gələcəyin zabitlərinə - Azərbaycan Ali Hərbi Məktəbində "nümunə" göstəriləcək”, - deyə bildirdi:

“Onu da deyim ki, bu zabit Zakir Həsənovun vaxtiykən Dövlət Sərhəd Xidmətində, sonralar Daxili qoşunlarda birgə xidmət keçdiyi adamdır. Mən deyəndə ki, hörmətli müdafiə naziri Zakir Həsənov kadrları peşəkarlığına görə deyil, şəxsi münasibətlərə və qohum-əqraba olduqlarına görə vəzifələrə təyin edir, çoxları inanmırdılar. SQ Akademiyasına da yeni təyinat həyata keçirilib. Amma, strateji qoşun növümüz olan Hərbi Dəniz Qüvvələrinin hələ də komandanı və Qərargah rəisi vəzifələrində qərarlar verən şəxs və şəxslər yoxdur. Çünki o qurumun Elçin Quliyevin sərəncamına verilməsi məsələsi ciddi müzakirə edilir.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru