Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Aprel

2014
10:23
961
Bakı şəhərinin Nobel prospektinə paralel yeni avtomobil yolu tikilir

Bakı şəhərinin Nobel prospektinə paralel 8 zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, layihəyə əsasən, avtomobil yolunun uzunluğu 2 min 200 metr təşkil edəcək.

Eyni zamanda, yol boyu 3 piyada keçidinin tikintisi də planlaşdırılır. Piyada keçidlərindən ikisi iki giriş-çıxışlı, biri isə üç giriş-çıxışlı olacaqdır. Keçidlərin hər giriş-çıxışında ekskalatorlar quraşdırılacaqdır.

Hazırda piyada keçidlərinin birində əsas işlər başa çatdırılıb. Digər iki piyada keçidində isə işlərin 60 faizi görülüb.

Tikinti işlərinin 2015-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru