Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Mart

2014
15:39
1248
Ramil Usubovun sərəncamına açıqlama

Daxili İşlər Naziri Ramil Usubovun nazirliyin hospitallarında müalicə ilə bağlı verdiyi sərəncamla bağlı qurumun mətbuat xidmətinin rəisi Sadiq Gözəlov açıqlama verib.

FaktXəbər-ə daxil olan açıqlamada bildirilir ki, Ramil Usubovun imzaladığı əmrin əsl mahiyyəti bir sıra kütləvi informasiya vasitələrində təhrif olunmuş formada şərh edilib: “Təqaüddə olan əməkdaşlarımız Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman böyük diqqət və qayğı ilə əhatə olunub və həmin iş bu  gün də davam etdirilir. Onlar Nazirliyin nəzdində olan və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş poliklinikalarda pulsuz müayinə və müalicə olunurlar. O ki, qaldı təqaüdçülərin DİN-in Arif Heydərov adına Respublika Hospitalında ödənişsiz müalicə almalarının ləğvi məsələsinə, həmin tibb müəssisəsinin əsas təyinatı ilk növbədə daxili işlər orqanları əməkdaşlarının sağlamlığının qorunması sahəsində kompleks profilaktiki, müalicə, stasionar və digər tədbirləri həyata keçirməkdən, onların müalicə olunub yenidən xidməti fəaliyyətlərini davam etdirmələrinə yardımçı olmaqdan ibarətdir.

Adıçəkilən hospitalda çarpayı fondunun məhdudluğu (cəmi 320 çarpayı) və bu səbəbdən zəruri tibbi yardım almaqda problemlərlə üzləşən əməkdaşların çoxsaylı müraciətləri Nazirliyin rəhbərliyini belə bir addım atmağa vadar etmişdir. Lakin istisna hallarda maddi durumu daha aşağı olan imtiyazlı təqaüdçülərimiz hospitalda ümumi çarpayı fondunun 10 faizi həcmində pulsuz müalicə almaq hüququna malikdirlər.

Əgər gələcəkdə həmin tibb müəssisəsi genişləndirilərsə, yaxud çarpayı fondu artırılarsa, bu məsələyə yenidən baxıla bilər”.

Şərhlər
Elnur tərəfindən 29-03-2014 13:49:53 tarixində yazıldı
Haqsizliq
Salam aloykum,bir onu demek isterdim ki,atam 37 il dovletden oturu canini qoydu,Qaraciyer,Od,Seker xesteliklerine tutuldu ve buda onun qarsiligi.Haqsizliq,Haqsizliq.Bunnanda nese e nese.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru