Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Yanvar

2014
09:45
561
Mahir Abdullayev cinayəti ilə bağlı aclıq aksiyası keçiriləcək
"Məqsədim Mahir Abdullayev cinayətinə, ailəmizə olan təzyiqlərə aidiyyatı qurumların və ictimaiyyətin diqqətini cəlb etməkdir"

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, ABU- nun sabiq rektoru Elşad Abdullayevin yaxın qohumu və səlahiyyətli nümayəndəsi Azad Mursaliyev 22 yanvar 2014- cü il tarixdən aclıq aksiyasına başlamaq niyyətindədir. Aclıq aksiyasının keçirilməsi ilə bağlı Azad Mursaliyev “Yeni Cumhuriyyət” qəzetinin suallarına cavab olaraq bildirib ki, onu  bu  addımı  atmağa  vadar  edən  səbəb respublika  Baş  prokurorluğunun  vəsatət  və  təqdimatı  əsasında  məhkəmələr  tərəfindən  hərəkət  azadlığının  qanunsuz  və  əsassız  olaraq  məhdudlaşdırılmasıdır; “Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu  və  məhkəmələrinin  bu  cür  əsassız  və  qanunsuz  hərəkətlərini  dayım  Abdullayev  Elşad  İslam  oğlunun  qohumlarına  qarşı  edilən  təzyiqlərin  tərkib  hissəsi  kimi  qiymətləndirirəm.  Belə  ki,  dayım  Abdullayev  Mahir  İslam  oğlu  Azərbaycan  Respublikasında    2003-cü  ildə  naməlum  şəraitdə  oğurlanmış və  bu  günədək  aqibəti  məlum  deyil. Elşad Abdullayev  qardaşı  Mahir  Abdullayevin  hüquqi  müdafiə  işi  ilə  məşğul  olaraq,  bu  işdə    yüksək  vəzifəli  şəxslərin  əli  olduğunu  açıq-aşkar  bəyan  etdi  və  bundan  sonra  ailə olaraq  təzyiqlərə  məruz  qaldıq.

Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  mənim  ölkədən  getmək   hüququmun  məhdudlaşdırılmasını  qanunsuz  və  əsassız  hesab  etdiyimdən  həmin  məhdudlaşdırma  ilə  bağlı 1 saylı  Bakı  İnzibati-İqtisadi  Məhkəməsinə, Bakı  Apelyasiya  Məhkəməsinin  İnzibati-İqtisadi   Kollegiyasına, daha sonra isə Səbail  Rayon  şikayət verdim.  Lakin heç bir şikayətim  təmin  edilmədi.

Aclıq aksiyasında 3 tələbim var. Birincisi yuxarıda qeyd etdiyim kimi əsassız olaraq mənim ölkədən çıxışıma qoyulan qadağanın götürülməsidir. Digər tələbim ondan ibarətdir ki, üstündən 10 il keçsə də naməlum şəkildə oğurlanmış dayım Mahir Abduallayevin taleyinə aydınlıq gətirilsin. Bu boyda cinayət faktı ortada ola- ola cinayətin açılması üçün heç bir addım atılmayıb. İndiyə qədər bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb. Əksinə zərərçəkənin ailə üzvlərinə, qohumlarına qarşı repressiyalar aparılır. Sonuncu tələbim də odur ki, ailə olaraq bizə qarşı aparılan repressiyalara və təzyiqlərə son qoyulsun”.

Aclıq aksiyasına Elşad Abdullayevin digər qohumlarının da qoşulacağı gözlənilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru