Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Yanvar

2014
20:07
1146
Avtomobillərin bütün nömrə nişanları avtomatik oxunacaq
Azərbaycan Türkiyədən polis maşınlarına bütün nömrə nişanlarını avtomatik oxuyub araşdıra bilən sistem alır

«Intelligent Patrol» sistemi vasitəsilə hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edilə biləcək. Azərbaycan Türkiyədən polis maşınlarına görmə məsafəsində bütün dövlət nömrə nişanlarını avtomatik oxuyub araşdıra bilən «Intelligent Patrol» sistemi alır. APA-nın sistemi hazırlayan Türkiyənin «Ekin Technology» şirkətinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da təqdimatı keçirilmiş sistemin ilk müştərisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləridir.

«Intelligent Patrol» sistemi vasitəsilə polis maşınları hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edə biləcək.

Bundan başqa, arxa və ön kamera ilə davamlı müşahidə aparan sistem bütün nəqliyyat vasitələrinin sürətini qeydə almaqla sürət həddini aşan avtomobilləri müəyyənləşdirir. Bu kameralar vasitəsilə mərkəzdən də real vaxt rejimində bütün prosesi müşahidə etmək mümkündür. Sistemə üz tanıma, havada çirklənməni ölçmə sensorları da daxildir.

Qeyd edək ki, Türkiyənin «Ekin Technology» şirkəti Bakıda «Təhlükəsiz Şəhər» sistemini, həmçinin Bakı Metropolitenində nəzarət sistemini qurub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru