Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Dekabr

2013
11:19
1093
Benzin bahalaşmasına `Ya siftə!` deyən London taksiləri oldu
Bakının ən iri taksi operatoru gedişhaqqı qiymətlərini dəyişdirə bilər

"Baku Taxi Company" ("TX4" avtomobillərinin operatoru) yanacağın qiymətlərinin bahalaşması ilə əlaqədar təhlildən sonra gedişhaqqı qiymətlərinin dəyişdirilməsinin məqsədəuyğunluğunu müəyyən edəcək. Bu barədə şirkətin rəhbəri İlqar Qasımov Trend-ə bildirib.

Onun sözlərinə görə, şirkətin taksi sürücülərinin gəlirləri gedişhaqqı hesabına formalaşır və müvafiq olaraq tariflərin artırılması analiz aparılmasını tələb edir: "Hazırda şirkətimizin xidmətlərindən istifadə üçün tariflərin artırılmasına baxılmır, lakin ölkədə yanacağın tariflərinin bahalaşması ilə bağlı yaranmış yeni şərait öyrənilmə tələb edir. Yalnız analizin aparılmasından sonra gedişhaqqı qiymətlərində dəyişikliklər edilməsinin məqsəduyğunluğu müəyyən ediləcək".

Hazırda "Baku Taxi" şirkətinin min "TX4" London taksi nəqliyyat vasitəsi fəaliyyət göstərir.

Hazırda "Baku Taxi Company"-nin avtomobillərində gedişhaqqı aşağıdakı kimidir:

Çatdırma qiyməti

1 manat

Hər kilometrə görə gedişhaqqı (10 kilometrə qədər)

0,7 manat

Hər kilometrə görə gedişhaqqı (10 kilometrdən 20 kilometrə qədər)

0,4 manat

Hər kilometrə görə gedişhaqqı (20 kilometrdən və daha artıq kilometr)

0,2 manat

Dayanmanın hər dəqiqəsinin qiyməti

0,05 manat

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə 3 dekabr 2013-cü il tarixindən Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru