Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Noyabr

2013
12:17
924
Tunisdəki etiraz aksiyası kütləvi iğtişaşlara çevrilib

FaktXəbər-in verdiyi məlumata görə, Tunisin bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları nümayişçilər və polislər arasında qarşıdurma ilə nəticələnib.

Qafsa mədən şəhərində aksiyaçılar  qubernatorun otağına girməyə çalışıblar, sonra isə hakim "Ən Nahda" partiyanın mənzil qərargahına hücum çəkiblər.

Silyana şəhərində nümayişçilər təkərləri yandırıblar və polislərə daşlarla hücum ediblər. Qarşı tərəf də öz növbəsində gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar bildirirlər ki, hökumət  iqtisadiyyatı dirçəldə bilmədi və əyalət şəhərlərinin sakinlərinin tələblərinə əhəmiyyət vermirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru