Dinamik inkişafın savadsız şagirdləri

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

15 May

2018
6007
Dinamik inkişafın savadsız şagirdləri

Bu günlərdə Azərbaycanda təhsilinin acınaqcaqlı vəziyyətdə olması ilə bağlı daha bir məlumat yayıldı. Abituriyentlərin 48.7 faizinin 200-dən az bal toplaması üzə çıxdı. Bu rəqəm 11-ci sinif şagirdlərinin 50 faizə qədərinin 2 qiymət almasını ortaya qoyub.

Bəli, dinamik inkişafda olan ölkəmizin təhsili heç də yüksək səviyyədə deyil. Nəzərə alsaq ki, ötən il I–IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 31.7%-i (22415 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb, onda Azərbaycanda savadsız bir gəncliyin yetişdiyinin şahidi oluruq. 

Bəs görəsən təhsilimizin səviyyəsinin aşağı olması nə ilə əlaqədardır? Axı dünya standartlarına cavab verməsə də, normal təhsil almaq üçün ölkədə şagirdlərin əksəriyyəti məktəb və müəllimlərlə təchiz olunur. Problem nədir? Nə üçün şagirdlərimiz imtahanları verə bilmir və aşağı bilik göstəricilərinə malikdir?

Bu suallara cavab tapmaq hər bir Azərbaycan vətəndaşının arzusu olsa da, bir neçə variant irəli sürmək olar. İlk əvvəl ondan başlamaq lazımdır ki, şagirdlərə məktəblərdə düzgün dərslər keçirilmir. Şagirdlərin hər birini bura aid etməsək də, əksəriyyət məktəbə 9-cu sinifdən sonra sadəcə vaxt öldürməyə gedir. Belə olmasaydı, 10-11-ci sinif şagirdlərindən ali təhsil almaq istəyənlərin böyük əksəriyyəti, hətta bir qədər də irəli getsək, 100%-ə yaxını dərsdən sonra repititorlara müraciət etməz və ya abituriyent hazırlığı kurslarında təhsil almazdı. Orta məktəblərdə mövcud problem əmək haqqlarının aşağı olması ilə əlaqədar ola bilər. Bir çox müəllim aşağı məvacib aldığı məktəbdə can yandırmaq əvəzinə, dərsdən sonra pul qarşılığında şagird hazırlaşdırmağa üstünlük verir. Bu isə həm şagirdlər, həm də müəllimlərin məktəb ab-havasına mənfi təsir göstərir. 

Məsələnin acınacaqlı tərəfi budur ki, bütün bu problemlər fonunda Azərbaycanda 50 faiz savadsız həkim, mühəndis, polis, hərbçi, iqtisadçı və nəhayət də müəllim yetirşir. Həmin o aşağı qiymət alan şagirdlər bir müddət sonra seçdikləri ixtisas üzrə Azərbaycanın əhəmiyyətli kadrlarına çevrilirlər. Bax elə ona görə Azərbaycan əhalisi həkim müayinəsi üçün ölkə sərhədlərindən kənara üz tutur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com