Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Aprel

2017
11:29
1304
RT: Azərbaycan regionun ən zəngin ordusuna malikdir - FOTO

FaktXəbər-in məlumatına görə, Rusiyanın "Russia Today" telekanalı Azərbaycan ordusuna həsr olunmuş fotosessiya dərc edib. Fotosessiyada "Azərbaycan ordusu: regionun ən zəngini" adı ilə təqdim olunub.

RT hesab edir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar döyüş hazırlığını daima artırır. 2000-ci ildən bu yana Azərbaycan hərbi büdcəsini 20 dəfə gücləndirib.

Telekanalın rəsmi internet səhifəsi həmçinin yazır ki, Azərbaycan dövləti ordusunu Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlarla daha da təkminləşdirir.

 "Global Firepower" hərbi güc reytinqində Azərbaycan 60-cı yeri tutur və sıralamada Ermənistanı 34 pillə qabaqlayır. Son 15 il ərzində Azərbaycan ordusu böyük sıçrayış edib. 2003-cü ildə ölkənin müdafiə xərcləri 160 milyon ABŞ dolları təşkil edib, 2013-cü ildə isə bu rəqəm 3,7 milyard dollara çatıb",- "Russia Today" əlavə edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru