Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Aprel

2017
14:25
342
Rəsul Çunayev və Həsən Əliyev dünya üçüncüsüdür - REYTİNQ

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından FaktXəbər-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu yerdədir.

59 kq

9. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)
12. Murad Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

66 kq

3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)

71 kq

3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (3)
19. İslambek Dadov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

75 kq

7. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (7)

80 kq

5. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (7)

85 kq

6. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (7)

98 kq

11. Orxan Nuriyev - U-23 Avropa çempionatı 1-ci yer (nr)

130 kq

4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru