Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 İyul

2017
11:27
1524
Rostov-Bakı yolunda dəhşətli qəza anı: İnsanları yanan maşından xilas etdi-VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, sosial şəbəkələrdə Rostov-Bakı yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Kadrlardan belə görünür ki, əvvəlcə başqa bir qəza anı yaşanıb. Sonra yolun ortasında dayanan avtomobilin arxasında «Volqa» görünür. O ötmə əməliyyatı etmək istəyərkən arxadan böyük sürətlə gələn «VAZ» markalı maşının ona çırpıldığı görünür. Hadisə nəticəsində «Volqa» alovlara bürünür. Yoldan keçənlər əvvəlcə ona yardım etməyə çəkinsələr də, yaşlı bir kişi heç nədən qorxmayaraq, maşına tərəf cumur. Qapını açmağa çalışsa da bir nəticə əldə edə bilmir. Sonda təpiklə pəncərəni sındırır və sürücünü pəncərədən çıxarmağa başlayır. Ətrafda olanlar da onun kimi edərək digər pəncərələri sındırırlar və maşının içində məhbus qalanları xilas edirlər.

Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru