Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

31 Mart

2017
11:35
263
Ronaldunun büstünü hazırlayan heykəltəraş iradlara cavab verib - FOTO

Kriştian Ronaldunun büstünün müəllifinin ünvanına futbolçunun pərəstişkarları tərəfindən iradlar səslənməkdədir. Amma o cavab olaraq bildirir ki, büst "zövqə görə" qiymətləndirilir.

FaktXəbər-in məlumatına görə, Emanuel Santoş bildirib ki, Portuqaliyanın Madeyra adasında ucaldılmış büstü yaratmaq  göründüyü qədər də asan olmayıb. 

Qeyd edək ki, büst yerli hava limanının adının futbolçunun şərəfinə dəyişdirilməsi münasibətilə hazırlanmış tədbirdə açılıb.

Sonra büstün şəkilləri sosial şəbəkələrdə yayılıb və bir çoxları onu tənqid ediblər. Bildiriblər ki, Ronalduya oxşamır və ya ümumiyyətlə gözəl deyil.

Bütsün müəllifi iradlar qarşısında bildirib ki, hətta İsa peyğəmbər də hamını razı sala bilməyib.

"Guardian" yazır ki, büstün müəllifi bütün işlər üçün yalnız 15 gün var imiş.

Emanuel Santoş "Globo" kanalına müsahibəsində isə bildirib ki, büst hələ açılmamışdan şəkilləri Ronalduya göstərilib və onun xoşuna gəlib, yalnız bəzi kiçik dəyişikliklər edilməsini istəyib.

Kriştianu Ronaldu FİFA versiyası üzrə 2016-ci ilin ən yaxşı futbolçusu seçilib. Portuqaliyalı futbolçu karyerası ərzində beşinci dəfə "Qızıl top" mükafatına sahib olub və bu göstərici üzrə öz köhnə rəqibi Lionel Messi ilə bərabərləşib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com