Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 İyun

2017
12:54
1149
Ronaldu həbs olunmamaq üçün 14,8 milyon avro ödəyəcək

FaktXəbər-in verdiyi məlumata görə, Madrid "Realı"nın və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu vergidən yayınma ilə bağlı həbs olunmamaq üçün 14,8 milyon avro ödəyəcək. Bu barədə "Cadena Cope" saytı məlumat yayıb.

Məlumata görə, bu məbləği portuqaliyalı ulduz yüngülləşdirici hal kimi istintaqa təqdim edəcək. Buna qədər İspaniya Prokurorluğu 2011-ci ildən 2014-ci ilədək 14,7 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə Kriştiano Ronaldu barəsində istintaq başladıb.

Qeyd edək ki, "Real Madrid" ilə bağladığı müqaviləyə əsasən ildə 12 milyon avro qazanan Ronaldu, dünyanın ən çox qazanan futbolçusudur

Məqalədə : Ronaldu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru