Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 May

2017
12:37
311
Ronaldu dünyanın ən populyar idmançısı seçilib - SİYAHI

FaktXəbər-in verdiyi məlumata görə, İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu dünyanın ən tanınmış idmançısı seçilib. "ESPN" idman telekanalının apardığı araşdırmaların nəticələrinə görə, portuqaliyalı hücumçu siyahıda basketbolçu Lebron Ceyms və "Barselona"nın forvardı Lionel Messini geridə qoymağı bacarıb.
 
İdmançılar arasında populyarlıq xüsusi düsturla müəyyən edilib. Siyahının hazırlanmasında idmançıların gəlirləri, sosial şəbəkədə təsiri və Google sistemində axtarış nəzərə alınıb.

100 nəfərdən ibarət tam siyahını buradan izləyə bilərsiniz.
 
 Dünyada ən məşhur idmançılar (ilk 10-luq):
 
 1. Kriştianu Ronaldu (futbol)
 
 2. Lebron Ceyms (basketbol)
 
 3. Lionel Messi (futbol)
 
 4. Rocer Federer (tennis)
 
 5. Fil Mikelson (qolf)
 
 6. Neymar (futbol)
 
 7. Useyn Bolt (atletika)
 
 8. Kevin Dyurant (basketbol)
 
 9. Rafael Nadal (tennis)
 
 10. Tayqer Vuds (qolf).

Məqalədə : Ronaldu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru