Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

19 Mart

2019
15:56
1505
Rohingyalıların lideri 20 il həbsə məhkum oldu

Myanma məhkəməsi rohingya xalqının liderlərindən biri və müxalif Arakan Milli  Partiyasının  sabiq rəhbəri  Ay Maunqu 20 il müddətinə azadlıqdan məhrum edilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Frontier Myanmar xəbər verib. Bildirilir ki, o, dövlətə xəyanətdə ittiham olunub.

Ay Maunq 2018-ci ilin yanvar ayında Myanma Milli Liqasını rohingiyalılara qarşı qul münasibəti göstərmədə ittiham etdikdən sonra həbs olunub. 

Qeyd edək ki, Ay Maunq Myanmada  rohingyalıların maraqlarını müdafiə edən Arakan Milli Partiyasının lideri idi və ölkə Parlamentinə seçilmişdi.

2017-ci ilin avqust ayında Myanma ordusu  Rohinqyanın mülki vətəndaşlarına qarşı hərbi əməliyyatlarına başlayıb. Humanitar təşkilatların bəyanatlarına görə, həmin əməliyyatlar zamanı hərbçilər insanlığa qarşı cinayət işlətdiblər – qadın, uşaqlar da daxil olmaqla minlərlə insan yandırılmış, zorlanmış, kütləvi şəkildə qətlə yetirmiş, deportasiyaya məcbur edilmişdir. 

25 avqust - 24 sentyabr 2017-ci il tarixləri aralığında Raxin əyalətində Myanma ordusunun zülmü nəticəsində 10 min arakanlı qətlə yetirilib.

BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan bəri Arakandakı zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 725 minə çatıb.

Beynəlxalq İnsaq Hüquqları Təşkilatları  yayımladıqları peyk görüntüləri ilə yüzlərlə kəndin məhv edildiyini sübut edib. BMT və İnsan haqları təşkilatları  arakanlı müsəlmanlara qarşı bu cinayəti etnik təmizləmə və soyqırım kimi qiymətləndirib.

Məqalədə : Myanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
53

Sabah Bakıda hava yağmursuz olacaq

24

Aprel
14:10
ÖLKƏ
78
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 21:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru