Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
12:41
Rohingya müsəlmanlarına vətənlərinə qayıtmağa imkan verilmir

Rohingya qaçqınlarına hələ də Myanmaya qayıtmağa imkan verilmir. FaktXeber.com-un Al Jazeera-ya istinadla məlumatına görə, bu barədə  BMT TŞ-nın Qaçqınlarla  İşlər üzrə komissarı bildirib.

Filippo Qrandi 668 min müsəlmanın doğma yurdlarına dönmələri üçün Myanmada şəraitini hələ də hazır olmadığını deyib.

«Onların ölkədən qaçma səbəbləri hələ aradan qaldırılmayıb», - deyə o vurğulayıb.

 Qrandi bildirib ki, humanitar təşkilatların  Myanmaya  girişi əvvəlki kimi məhduddur, çünki  Rakhaynın zorakılığa qalmış əraziləri hələ də hərbçilərin mühasirəsindədir.

BMT komissarı həmçinin Banqladeş hökumətinin və xalqının  rohingya qaçqınların yerləşdirilməsi barədə səylərini yüksək qiymətləndirib, lakin xəbərdarlıq edib ki, yağış mövsümünə - mart ayına kimi onların şəraiti düzəlməlidir.

«İlkin qiymətləndirməmizə görə, təqribən 100000 qaçqın  daşqı və torpaq sürüşməsi təhlükəsi altında olan ərazilərdədirlər. Onlardan 10 mininin məsələsi dərhal həll olunmalıdır Onların həyatı təhlükədədir», - deyə Qrandi bildirib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rohingya müsəlmanları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 09:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com