Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Fevral

2017
12:04
703
Robert De Nirodan jurnalistlərə bahalı təklif

FaktXəbər-in verdiyi məlumata görə, Hollivud ulduzu Robert De Niro Vaşinqtonda tədbirdə çıxış edərkən jurnalistlərə müraciət edib. Amerikalı aktyor müraciətində bildirib ki, mübahisəli uşaq peyvəndləri ilə bağlı həqiqəti yazacaq jurnalistlərə 100 min dollar mükafat verəcək.

Körpə vaxtlarında qızılca, məxmərək və xanazır xəstəliklərinə qarşı vurulan peyvəndlərdə civə əsaslı qoruyucu maddə "timerosal"dan istifadənin autizm xəstəliyinə səbəb olub-olmasının araşdırılmasına ehtiyac yarandığını bildirən Robert De Niro, bu məsələ haqqında həqiqəti yazacaq jurnalistlərə 100 min dollar mükafat təklif edib.

Qeyd edək ki, De Niro, oğlu Elliotun tərkibində "timerosal" olan "KKK "peyvənd edildikdən sonra autizm xəstəliyinə tutduğunu irəli sürür.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com