Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
08:53
908
`İçərişəhər`də qatarda nasazlıq

Metroda qatarların hərəkətində problem yaranıb.

FaktXəbər-in məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub".

Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.

Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com