Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Yanvar

2017
00:23
575
Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov yanvarın 6-da istintaq təcridxanasından hüquq-mühafizə orqanlarının keçmiş işçilərinin saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, son günlər istintaq təcridxanasında Səfərovun yanına 25 ilini həbsxanalarda keçirən residivist yerləşdirilib, o, Rüfəti münaqişəyə təhrik etməyə çalışıb.

Vəkil qeyd edib ki, Penitensiar Xidmət rəhbərliyinə müraciətlərdən və bu məsələnin KİV-də geniş işıqlandırılmasından sonra Səfərov nəhayət cəzaçəkmə müəssisəsinə köçürülüb.

Rüfət Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, buna qədər isə “davranış normalarını pozduğuna görə” prokurorluqdan xaric edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi Səfərov barəsində hökmü qüvvədə saxlayıb.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru