Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
21:38
930
Respublika Veteranlar Təşkilatına yeni sədr seçildi

Bu gün Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

İclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış edib. İclas iştirakçıları veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.

Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunub. Təşkilatın ümumi fəaliyyətinin gücləndirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən qurumun sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif edilib.

Qeyd olunan təkliflər səsə qoyularaq yekdilliklə qərar qəbul olunub. (APA)

Məqalədə : Veteranlar Təşkilatı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru