Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Yanvar

2017
14:50
2202
Respublika fənn olimpiadaları başlayır

15 yanvarda Respublika fənn olimpiadalarının birinci mərhələsi rayon (şəhər) mərhələsi start götürəcək.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə respublika fənn olimpiadalarına maraq ildən ilə artmaqdadır.

Belə ki, 2016-2017-ci ildə riyaziyyat, fizika, kimya, biologiya , informatika, coğrafiya, azərbaycan dili və ədəbiyyatı və tarix olmaqla 8 fəndən 29691 şagirdin iştirakı ilə əlaqədar yerlərdən sifariş alınıb.

Ən çox iştirakçı 6420 şagird olmaqla Azərbaycan dili və Ədəbiyyatı fənnindən, sonra 6254 şagird olmaqla Riyaziyyat fənnindən, ən az iştirakçı isə 472 şagird olmaqla İnformatika fənnindən olacaq. 

Bölgələr üzrə statistik məlumata əsasən ən çox şagird Bakı şəhərindən 6154 şagird, Gəncə şəhərindən 1049, ən az iştirakçı isə 73 nəfər Naftalan şəhərindəndir.

Naxçıvan MR-dan isə 654 şagird iştirak edəcək.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru