Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
15:11
1140
Ərdoğan ABŞ-ın `S-400` tənqidinə cavab verib

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı Rusiyadan alınacaq "S-400" zenit-raket kompleksi ilə bağlı ABŞ rəhbərliyinin tənqidlərinə cavab verib. O, bildirib ki, rəsmi Ankara qərarları müstəqil qəbul edir. 

"Biz "S-400" zenit-raket kompleksi ilə bağlı müqavilə bağladıqdan sonra onlar qəzəblənməyə başlayıblar. Biz sizi gözləməli idik?Biz müstəqil qərar veririk və bu, belə də davam edəcək",-deyə Rəcəb Tayyip Ərdoğan vurğulayıb. 

Buna qədər Pentaqon nümayəndəsi Conni Maykl Rusiyadan alınan "S-400" raketləri ilə bağlı narazılığını bildrimiş və NATO standartlarına uyğun olan ABŞ-ın raket hücumundan müdafiə sistemlərinin (RƏM) Türkiyə ixracını sürətləndirəcəyini bəyan etmişdi. 

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru