Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
09:22
Ərdoğan: ABŞ bizə yox dedi, Rusiyanın təklifi isə cəlbedici idi

Türkiyə ehtiyac yaranarsa, Rusiyadan alınan S-400 zenit-raket komplekslərindən istifadə edəcək.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yerli telekanallara verdiyi açıqlamada bildirib.

“Biz S-400-ləri sadəcə alıb, anbara yerləşdirməyəcəyik. Ehtiyac yaransa, onlardan istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir. Onsuz biz nə edə bilərik axı? Nədir, yoxsa yenə ABŞ-a bel bağlayaq?”, - Ərdoğan deyib.

Ərdoğan Ankaranın bir neçə il ərzində Vaşinqtondan analoji müdafiə sistemləri istədiyini, ancaq  ABŞ Konqresinin buna əngəl yaratdığını xatırladıb: “Biz artıq belə vəziyyətdən təngə gəlmişdik. Rusiya bizim sorğulara kifayət qədər cəlbedici təkliflə cavab verdi.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 10:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com